Yazını böyüt
Yazını kiçilt
Şabran rayonunun Qorğan kəndində təsərrüfatlardan birində baş verən hadisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ciddi nəzarətə götürülüb.
Bu barədə AQTA-dan hafta.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hadisənin səbəbləri ilə bağlı Agentliyin mütəxəssisləri ilə digər aidiyyəti qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Xatırladaq ki, Şabran rayonunda 20 nəfər quduzluq xəstəliyi şübhəsi ilə nəzarətə götürülüb.apa